ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Şagirdlərin planetar təfəkkürünün formalaşmasında dünya ədəbiyyatının rolu

Məqalə dünyada müasir çağırışlar və bu çağırışların gətirdiyi əsas
təhsil aspektlərinin fonunda ümumtəhsil məktəblərində ədəbiyyat
dərslərində dünya ədəbiyyatı nümunələrinin tədrisi məsələlərinin
əhəmiyyətinə həsr olunmuşdur. Tədris prosesində şagirdlərin planetar
təfəkkürünün yaradılmasında, məntiqi, tənqidi və yaradıcı düşüncəsinin
formalaşmasında dünya ədəbiyyatından seçilmiş nümunələrin
öyrədilməsi, idraki və ünsiyyət bacarıqlarının mənimsənilməsində
həmin nümunələrin tədrisinin ehtiva etdiyi proqressiv rol və bu rolun
əhəmiyyəti diqqətə çatdırılmışdır. Araşdırmada qeyd edilmişdir ki,
şagirdlərdə milli və bəşəri ideyaların formalaşdırılması, şəxsiyyətinin
inkişaf etdirilməsi məsələləri müasir fənn proqramlarının əsas tələblərindəndir.
Yetişməkdə olan nəslin planetar təsəvvürünün formalaşdırılması,
dünyanın vahidliyi barədə ideyaların aşılanması kimi
hədəflərə nail olmaq üçün ədəbiyyat dərslərində bədii-ədəbi paralelliyin
qurulması ciddi elmi-metodiki əhəmiyyət kəsb edir.

Açar sözlər: Dünya ədəbiyyatı, müqayisəli tədris, ədəbiyyatın tədrisi metodikası, paralel tədris yolları, planetar təfəkkür, postpandemiya dövründə təhsil.

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ